İlham Əliyev Türkmənistan prezidentini qarşıladı - FOTOLAR
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan prezidentinə raport verib. Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Türkmənistan prezidentləri rəsmi foto çəkdiriblər.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Türkmənistan