Türkmənistan prezidenti Bakıdadır - Fotolar (Yenilənib)

Türkmənistan prezidenti Bakıdadır - Fotolar (Yenilənib)
  08 Avqust 2017    Oxunub:2254
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.







***
(09:20)

Bu gün Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov Azərbaycana rəsmi səfərə gələcək.

AzVision.az xəbər verir ki, səfər iki gün davam edəcək.

Səfər çərçivəsində Türkmənistan prezidenti Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirəcək. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektri üzrə fikir mübadiləsi aparılacaq.

Görüşün yekununda bir sıra ikitərəfli sənədin imzalanması nəzərdə tutulub.

AzVision.az


Teqlər: Qurbanqulı-Berdımuxamedov  





Xəbər lenti