Prezident dövlət qulluqçuları ilə bağlı sərəncama dəyişiklik etdi

Prezident dövlət qulluqçuları ilə bağlı sərəncama dəyişiklik etdi
  07 Avqust 2017    Oxunub:2079
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncama əsasən, “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib.



“Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonra “yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti