Kosta-Rikanın Azərbaycanda səfirliyi açılıb

Kosta-Rikanın Azərbaycanda səfirliyi açılıb
  07 Avqust 2017    Oxunub:1922
Avqustun 7-də Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rika Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanzın nazir Elmar Məmmədyarova ünvanladığı məktubu qarşı tərəfə təqdim edib.

Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Kosta-Rika   Səfirlik  





Xəbər lenti