Biləsuvarda su kanalında meyit tapılıb

Biləsuvarda su kanalında meyit tapılıb
  07 Avqust 2017    Oxunub:1092
Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirlik Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu ərazisində kanalda meyit aşkarlanıb.

Meyitin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda çimərkən batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olduğu ehtimal edilir.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər: FHN   Biləsuvar   Meyit  





Xəbər lenti