Azərbaycanlı hakerlər Qarabağa turlar təşkil edən erməni saytlarını dağıdıb

Azərbaycanlı hakerlər Qarabağa turlar təşkil edən erməni saytlarını dağıdıb
  07 Avqust 2017    Oxunub:1941
Azərbaycanlı hakerlər bir sıra erməni saytlarını dağıdıb.
AzVision.az xəbər verir ki, bu barədə "Armenpress" saytına müsahibə verən ekspert Samvel Martirosyan bildirib.

Onun sözlərinə görə, türk hakerlər azərbaycanlı hakerləri dətəkləməklə yeddi erməni saytına hücum təşkil edib.

Məlumata görə, hakerlər Azərbaycanın işğal altında olan bölgələrinə turlar təşkil edən bir sıra saytları, o cümlədən Ermənistanın İnkişaf Fondunun rəsmi saytını dağıdıblar. Bununla yanaşı, hakerlər Ermənistan Vətəndaş Xidməti Şurasının rəsmi saytını da sıradan çıxarıblar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sayt   Haker  





Xəbər lenti