İranda hərbi bazada atışma: 4 ölü, 12 yaralı (Yenilənib)

İranda hərbi bazada atışma: 4 ölü, 12 yaralı (Yenilənib)
  06 Avqust 2017    Oxunub:1883
Tehranın cənubundakı hərbi bazada baş verən atışma zamanı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bu barədə Mehr agentliyi bazanın yerləşdiyi Kəhrizax şəhərinin rəhbərliyinə istinadən xəbər yayıb.

Məlumata görə, ölənlərdən biri zabit, ikisi sıravi əsgərdir. Digər hərbçilər cavab atəşi ilə onları gülləbaran edən əsgəri qətlə yetiriblər.

***

İranda hərbi hissədə atışma olub.

“Mehr” agentliyinin yaydığı məlumata görə, Tehranın cənubunda yerləşən Kəhrizax hərbi bazasında baş verən atışma nəticəsində 10 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Silahlı insidentlə əlaqədar rəsmi məlumat verilməyib.

AzVision.az


Teqlər: İran   Atışma  





Xəbər lenti