Çavuşoğlu Lavrovla görüşüb

Çavuşoğlu Lavrovla görüşüb
  06 Avqust 2017    Oxunub:1034
Bu gün Filippində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüş barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, nazirlərin görüşü ASEAN forumu çərçivəsində baş tutub.

Rusiya və Türkiyə XİN rəhbərləri Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əlavə görüşdə Suriyada deeskalasiya zonası yaradılması və bu ölkədə hərbi əməliyyatların dayandırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Lavrov   Çavuşoğlu  





Xəbər lenti