İlham Zəkiyev 7-ci dəfə Avropa çempionu oldu

22:32   05 Avqust 2017    Oxunub: 2273

Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında iştirak ediblər.

Komitədən AzVision.az-a verilən məlumata görə, Azərbaycan cüdoçularından İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl, Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medal qazanıblar.

Beləliklə, yarışda iştirak edən bütün idmançılarımız görüşlərini uğurla yekunlaşdıraraq millimizin aktivinə, ümumilikdə, dörd qızıl, bir gümüş və iki bürünc medal yazdırıblar.

Qeyd edək ki, Azərbaycanın məşhur paralimpiyaçı cüdoçusu İlham Zəkiyev yeddinci dəfə Avropa çempionu olub. O, 2005, 2007, 2009, 2011, 2013 və 2015-ci ildə də Avropa Çempionu tituluna yiyələnib.

AzVision.az

Teqlər: Cüdo   İlham-Zəkiyev    




Rubrikanın digər yazıları