Zaqatalada çoxmənzilli binalar təmir olunacaq

Zaqatalada çoxmənzilli binalar təmir olunacaq
  05 Avqust 2017    Oxunub:1637
Prezident İlham Əliyev Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 20 çoxmənzilli binanın əsaslı təmiri məqsədi iləZaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   Zaqatala  





Xəbər lenti