Qazaxda avtomobil dərəyə aşıb, iki nəfər ölüb

Qazaxda avtomobil dərəyə aşıb, iki nəfər ölüb
  09 Dekabr 2022    Oxunub:2695
Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunun Ağköynək kəndində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarına aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs  





Xəbər lenti