Gürcüstan Saakaşviliyə görə Polşaya müraciət edib

Gürcüstan Saakaşviliyə görə Polşaya müraciət edib
  05 Avqust 2017    Oxunub:3124
Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb.
Müraciətə səbəb M. Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.

“Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb”, Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, yayılmış məlumatlara əsasən, Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti ABŞ-dan Polşaya uçub. M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. (APA)

AzVision.az


Teqlər: Gürcüstan   Saakaşvili  





Xəbər lenti