ABŞ-ın neft ehtiyatları azalıb

ABŞ-ın neft ehtiyatları azalıb
  04 Avqust 2017    Oxunub:1222
ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,5 milyon barrel (0,3 faiz) azalaraq 481,9 milyon barrelə enib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları son 17 həftənin 14-də azalıb.

ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftədə 2,5 milyon barrel (1,1 faiz) azalaraq 227,7 milyon barrelə enib. Bazar proqnozları isə 0,6 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barrel azalmışdı.

AzVision.az


Teqlər: ABŞ   neft  





Xəbər lenti