"Nar” kiçikhəcmli internet paketlərini limitsiz edib

"Nar” kiçikhəcmli internet paketlərini limitsiz edib
  04 Avqust 2017    Oxunub:2405
Abunəçilərin yay mövsümündə mobil internetdən daha rahat istifadəsini təmin etmək məqsədilə “Nar” mobil operatoru "Turbo" paketlərində interneti limitsiz edib.
"Nar"dan AzVision.az-a verilən məlumata görə, indi "Turbo XS", "Turbo S" və "Turbo M" paketlərini əldə edən abunəçilər ölkənin hər yerində yüksək sürətli “Nar” internetindən yararlana bilər. Paket çərçivəsində təqdim olunan data trafik sərf olunarsa, paketin istifadə müddətinin sonuna qədər internet bağlantısı kəsilmir.

"Turbo XS" (60 Mb), "Turbo S" (200 Mb) və "Turbo M" (600 Mb) paketlərindən yararlanmaq üçün "+XS", "+S" və ya "+M" yazaraq 777 nömrəsinə SMS göndərmək lazımdır. Paketlərin dəyəri müvafiq olaraq 1, 2 və 3 manat təşkil edir.

Qeyd edək ki, “Nar”ın təqdim etdiyi bütün paketlərdə internet limitsiz olduğuna görə paketin həcmi bitdikdən sonra, istifadə müddətinin sonuna qədər abunəçilərin balansı toxunulmaz qalır, yalnız internetin sürəti məhdudlaşdırılır. Paketin istifadə müddəti bitənə qədər abunəçilər "WhatsApp" və digər messencerlərdən tamamilə pulsuz və rahat istifadə edə bilərlər.
Həmçinin internet bağlantısı saxladığına görə, mobil operator traffik bitdikdən sonra abunəçilər üçün yarana biləcək gözlənilməz xərclərin qarşısını alır. “Nar” internet paketləri haqqında bütün məlumatı nar.az/internet saytından əldə etmək olar.

Xatırladaq ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 mln. istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6 000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

AzVision.az


Teqlər: Nar  





Xəbər lenti