624 nəfər "səhvən" öldürülüb

624 nəfər "səhvən" öldürülüb
  04 Avqust 2017    Oxunub:1175
Son 3 ildə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD mövqelərinə zərbələri nəticəsində azı 624 dinc sakin həlak olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə koalisiyanın qərargahı tərəfindən yayılan hesabatda deyilir. Əməliyyatlar nəticəsində həyatını itirənlərin sayının müəyyən olunması üzrə işlərin bu ilin iyun ayında aparıldığı qeyd edilir.

Eyni zamanda bu ilin iyun ayı ərzində 21 dinc sakin zərbələrin qurbanı olub.

Hazırda beynəlxalq koalisiya əməliyyatların aparıldığı bölgədə daha 424 dinc sakinin həlak olması barədə məlumatı araşdırır.

Hesabatda qeyd olunur ki, bu zərbələr təkcə aviasiya deyil, həm də artilleriya zərbələrini də əhatə edir.

AzVision.az


Teqlər: ABŞ   İraq   Suriya  





Xəbər lenti