28 ölkə Rusiyaya qarşı birləşdi

28 ölkə Rusiyaya qarşı birləşdi
  04 Avqust 2017    Oxunub:2005
Avropa İttifaqı (Aİ) bu gün Almaniyanın “Siemens” konserni ətrafında baş verən qalmaqalla əlaqədar Rusiya əleyhinə sanksiyaların genişləndirilməsi məsələsini nəzərdən keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, iyulun 26-da baş tutan görüş zamanı birliyə üzv 28 ölkənin səfirləri Rusiya əleyhinə sanksiyaların genişləndirilməsini dəstəkləyib. Əgər bu baş tutsa, dörd Rusiya vətəndaşı, həmçinin “Siemens” şirkətinin turbinlərini Krıma aparan üç şirkətə qarşı sanksiya tətbiq olunacaq.

“Reuters” yazır ki, sanksiyaların tətbiq olunması təşəbbüsünü Almaniya irəli sürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Sanksiya  





Xəbər lenti