Havanı korlayan 160 sürücü cərimələnib - 8 min manat

Havanı korlayan 160 sürücü cərimələnib - 8 min manat
  04 Avqust 2017    Oxunub:2403
Avqustun 1-dən bu günə qədər "Ekologiya postu"nda "Təmiz hava" aylığı çərçivəsində keçirilən reydlər zamanı 160-a yaxın sürücü cərimə olunub.
Bu barədə AzVision.az–a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, bu gün səhər saat 10:30-dan KİV əməkdaşları ilə birlikdə "Ekologiya postu"nda keçirilən reydlər zamanı 16 nəqliyyat vasitəsinə inzibati protokol tərtib olunub.

V.Əsədov qeyd edib ki, hər bir avtomobil sahibi nəqliyyat vasitəsinin iş prinsipinə daim nəzarət etməlidir.

“Mühərrikin ixrac etdiyi dəm qazının tərkibində normadan artıq karbon-oksidin olması inzibati xəta yaradır və avtomobili idarəedən sürücü 50 manat məbləğində cərimə olunur”.

Ümumilikdə isə, hərəsi 50 manat olmaqla 160 sürücü 8 min manat cərimələnib.

Qeyd edək ki, avqust ayının 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Yol-polisi   Vaqif-Əsədov  





Xəbər lenti