Xəbərdarlıq: Avqustun 5-dən şiddətli istilər başlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlıqa gəlincə, avqustun 05-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.
AzVision.az