Bank sektorunun mənfəəti 52% azalıb

Bank sektorunun mənfəəti 52% azalıb
  04 Avqust 2017    Oxunub:1214
Azərbaycanda fəaliyyət göstərən 31 bankın iyunun 30-na cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, sektorun balans kapitalı 2,714.0 milyon manatdır. Əhalinin əmanətləri 6,880.7 milyon manat həcmindədir. Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,501 ədəddir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir.

Cari ilin iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib. May ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat və ya 52,4% azalıb.

AzVision.az


Teqlər: Bank   maliyyə  





Xəbər lenti