28 yaşlı gəncin faciəvi sonu - Yenilənib

28 yaşlı gəncin faciəvi sonu - Yenilənib
  04 Avqust 2017    Oxunub:1916
Neftçalada dənizdə batan 28 yaşlı gəncin meyiti çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 8 km aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1989-cu il təvəllüdlü Təbriz Bağırov Abasət oğlunun cəsədi batdığı yerdə tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Neftçalada bir nəfər dənizdə batıb.

Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti