Sarkisyan İsveçrədə müxalifət lideri ilə birlikdə istirahət edir

Sarkisyan İsveçrədə müxalifət lideri ilə birlikdə istirahət edir
  03 Avqust 2017    Oxunub:2431
Hazırda məzuniyyətdə olan Ermənistan prezidenti Serj Sarkisyan artıq iki gündür tətilini İsveçrədə Ermənistanın müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanla birgə keçirir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iki gün öncə Qaqik Tsarukyan İsveçrəyə getmək üçün çarter uçuşu sifariş edib. Serj Sarkisyan bu vaxta qədər Baden-Badendə olub, oradan İsveçrəyə gəlib və hazırda Qaqik Tsarukyanla birlikdə istirahət edir.

Xatırladaq ki, "Çiçəklənən Ermənistan" partiyası son parlament seçkilərində hakim Respublikadan sonra ən çox səs toplayan partiya olub. Partiya üzdə müxalif status daşısa da, daima Sarkisyanın partiyası ilə əməkdaşlıq edib və müxtəlif vəzifələr alıb. Təbii ki, hazırda baş verən Sarkisyan-Tsarukyan görüşü yeni təlimatların verilməsini istisna etmir.

Qeyd edək ki, Serj Sarkisyanın məzuniyəti avqustun 5-də başa çatır. Həmin gün o, İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İrana gedəcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti