"Ərəblər çox pintidirlər, özlərini apara bilmirlər" - Deputat

"Ərəblər çox pintidirlər, özlərini apara bilmirlər" -  Deputat
  03 Avqust 2017    Oxunub:6417
"Ərəb turistlər hansı ölkələrə gedirlərsə, orada özlərini ədəbsiz aparırlar”.

Bunu AzVision.az-a Milli Məclisin deputatı Araz Əlizadə deyib. Millət vəkili bildirib ki, ərəb turistlər getdikləri ölkələrdə pis mədəniyyətlərini göstərirlər.
“Hazırda Gürcüstandayam və burada da ərəblərlə rastlaşıram. Onlar hara gedirlərsə, özlərini pis aparırlar. Ərəblər çox pinti olurlar. Küçədə və restoranda, oteldə özlərini normal apara bilmirlər. Azərbaycana gələn ərəb turistlərin də davranışları eynidir. Misal çəkim. Oteldə lift pulludur, ora 15-20 ərəb turist keçir və başqa adamı gözləyirlər ki, gəlsin kartı vursun və onlar yuxarı qalxsınlar. Dəhşətdir. Bunlardan nə gəlir əldə edilir bilmirəm”.

A.Əlizadə Azərbaycana mədəni turistlərin gəlməsinin tərəfdarıdır: “Azərbaycan mədəni ölkədir. Mədəni insanlar qonaq gəlsəydi, yaxşı olardı. Həm bizdə bir mənfi cəhət var ki, pisi tez götürürk. Xüsusilə, ərəblərin gənclərə pis təsirləri olacaq.

Başqa misal çəkim, ərəblərlə bağlı. Gürcüstanda ərəblər 20-ci mərtəbədə qoyun kəsib, zibilini unitaza atmışdılar. Bütün otelin kanalizasiya sistemi çökmüşdü. Artıq onları Aquaparka da buraxmırlar. Yediklərini hovuzda atırlar. Bir sözlə, ərəblər özlərin normal aparmağı bacarmırlar”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Araz-Əlizadə  





Xəbər lenti