Avropalı İŞİD-çilərin siyahısı tapılıb

Avropalı İŞİD-çilərin siyahısı tapılıb
  03 Avqust 2017    Oxunub:1012
İraqda Avropa ərazisində terror aktları törətməyə hazır olan İŞİD üzvlərinin siyahısı aşkar edilib.
AzVision.az "TASS"-a istinadən xəbər verir ki, 173 terrorçunun siyahısında Avropa İttifaqının da bir neçə vətəndaşı var. Siyahıda terrorçuların fotoları və doğulduqları yer haqqında məlumatlar əlavə olunub.

Siyahıda adı keçənlərin əksəriyyəti İraq əsillidir. Bununla yanaşı, 6 potensial terrorçu-kamikadze Belçika, Niderland, Fransa və Almaniyada doğulmuş şəxslərdir. ABŞ kəşfiyyatı əldə olunan məlumatları Avropa ölkələrinin polis idarələrinə göndərib.

AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti