Neftin qiyməti ucuzlaşıb

Neftin qiyməti ucuzlaşıb
  03 Avqust 2017    Oxunub:1206
Dünya birjalarında neft ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34% azalaraq 49,42 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,38% azalaraq 52,16 dollar olub.

"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,08 dollar və ya 2,05% artaraq 53,79 dollar təşkil edib.

AzVision.az


Teqlər: neft  





Xəbər lenti