Dəniz hədəfinə atışların vaxtı dəyişdirildi

Dəniz hədəfinə atışların vaxtı dəyişdirildi
  03 Avqust 2017    Oxunub:898
“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib.
Azərbaycanın Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu barədə qərar müsabiqənin beynəlxalq hakimlər briqadası tərəfindən qəbul edilib.

Avqustun 2-si Xəzər dənizində təyin edilmiş rayona gələn hakimlər briqadası və gəmi heyətləri əlverişsiz hidrometeoroloji səbəblərdən müsabiqənin keçirilməsi üçün hazırlanmış reyd avadanlıqlarının zədələndiyini aşkar ediblər. Bununla əlaqədar döyüş çalışmalarının yerinə yetirilməsi əvəzinə naviqasiya məşqlərinin keçirilməsi barədə kollegial qərar qəbul edilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş təminatı gəmiləri dəstəsi qısa müddətdə reyd avadanlıqlarını təsdiq olunmuş döyüş atışları normalarına uyğun hazırlanmasını təmin edəcəklər.

AzVision.az


Teqlər: Dəniz-kuboku-2017   Müdafiə-Nazirliyi  





Xəbər lenti