“Qarabağ”ın 5 potensial rəqibi

“Qarabağ”ın 5 potensial rəqibi
  03 Avqust 2017    Oxunub:1583
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” səbətində yer alacaq.
AzVision.az-ın məlumatına görə, “Qarabağ”ın 5 potensial rəqibi məlum olub.

Çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq.

Qeyd edək ki, avqustun 4-də Bakı vaxtı ilə saat 14:00-da Pley-off mərhələsinin püşkü atılacaq. İlk oyunlar avqustun 15-16-da, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.

AzVision.az


Teqlər: "Qarabağ"   Futbol  





Xəbər lenti