Rusiyada 5,5 bal gücündə zəlzələ olub

Rusiyada 5,5 bal gücündə zəlzələ olub
  03 Avqust 2017    Oxunub:1172
Rusiyanın şərqində, Kamçatka yarımadası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 95 km aralıda, ocağı isə 64 km dərinlikdə yerləşib.

Zəlzələ Kamçatka yarımadasının bir sıra yaşayış məntəqələrində hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Sunami təhlükəsi elan edilməyib.

AzVision.az


Teqlər: Rusiyada   Zəlzələ  





Xəbər lenti