“Sanksiyalarla bağlı qanunda ciddi nöqsanlar var” - Trampdan etiraf

“Sanksiyalarla bağlı qanunda ciddi nöqsanlar var” - Trampdan etiraf
  03 Avqust 2017    Oxunub:1379
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Senatın təqdimatından sonra Rusiya, KXDR və İrana qarşı imzaladığı sanksiyalara dair qanunda ciddi nöqsanlar var.
Bu barədə D.Trampın Ağ Evin saytında yayılan bəyanatında bildirilir.

«Rusiya, İran və Şimali Koreyanın aqressiv və dağıdıcı hərəkətlərinə qarşı sərt tədbirləri dəstəkləsəm də, qanunda ciddi nöqsanlar mövcuddur. İlk növbədə ona görə ki, sənəd icra hakimiyyətinin danışıqlar aparmaq hüququnu məhdudlaşdırır. Bu isə ABŞ xalqının rifahına yönələn sazişlərin bağlanmasını mürəkkəbləşdirəcək, Çin, Rusiya və Şimali Koreyanı isə bir-birinə yaxınlaşdıracaq”, deyə D.Tramp qeyd edib.

D.Tramp həmçinin Konqresin dövlət başçısının Rusiya üzərindən sanksiyaları aradan qaldırmaq hüququndan məhrum edilməsinə dair qərarını da pisləyərək vurğulayıb ki, sanksiyalar barədə qanunu ABŞ-ın milli birliyi naminə imzalayıb. (APA)

AzVision.az


Teqlər: ABŞ   Tramp   Sanksiya  





Xəbər lenti