BTC ilə 2,4 milyon ton neft nəql olunub

BTC ilə 2,4 milyon ton neft nəql olunub
  02 Avqust 2017    Oxunub:1154
Bu ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 403 min 234 ton neft nəql olunub.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında bu kəmərlə 15 milyon 577 min 521 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il avqust ayının 1-ə qədər BTC-yə 337 milyon 115 min 583 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin iyul ayında BTC kəməri ilə 486 min 269 ton Türkmənistan nefti nəql olunub.

AzVision.az




Teqlər: BTC-kəməri   SOCAR  





Xəbər lenti