Suriyada 40 rusiyalı hərbçi ölüb

Suriyada 40 rusiyalı hərbçi ölüb
  02 Avqust 2017    Oxunub:956
Bu il Suriyada 40 rusiyalı hərbçi həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, onlardan 21 nəfəri hərbi mütəxəssis, 17 nəfəri isə hərbçi olub. Həlak olan iki hərbçinin statusu isə hələlik müəyyənləşməyib.

Rusiya Müdafiə Nazirliyi (MN) agentliyin məlumatını təkzib edib.

Qeyd edək ki, rəsmi Moskvanın yaydığı məlumatlara görə isə 2017-ci il başlayandan Suriyada 10 rusiyalı hərbçi ölüb.

AzVision.az



Teqlər: Suriya   Rusiya  





Xəbər lenti