Təhsil Nazirliyindən iddialara cavab: "Heç bir səhv ola bilməz" (VİDEO)

Təhsil Nazirliyindən iddialara cavab: "Heç bir səhv ola bilməz" (VİDEO)
  02 Avqust 2017    Oxunub:2047
Müəllimlərin işə qəbul imtahanlarının keçirildiyi ərəfədə iddialar ortaya atılıb. Belə ki, bir çox müəllimlər deyir ki, sualların qoyuluşunda səhvlər var. Digər iddiaya görə, mövcud yerlər vakant yer kimi göstərilib. Təhsil nazirliyi bütün bu suallara aydınlıq gətirib.
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi ərəfədə yaranan bəzi ittihamlara aydınlıq gətirib.

İmtahan verən müəllimlərin ən böyük iradı suallarla bağlı idi. Belə ki, imtahan ərəfəsində və ya imtahandan sonra müəllimlər hansı sualları səhv yazdıqlarından xəbərsiz olduqlarını deyirlər. hətta bəzi sualların qoyuluşundan da narazılıqlar var

Təhsil Nazirliyinin rəsmisi Eşqi Bağırov deyir ki, həmin suallarda səhvlik ola bilməz. Çünki suallar dəfələrlə ekspertizadan keçirilib.

Nazirlik rəsmisi mövcud yerlərin vakant yer kimi göstərilməsi iddasına da cavab verdi.

Təhsil Nazirliyi keçid balından yuxarı nəticə toplayan müəllimlərə ayın 5-dən müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış saytdakı şəxsi səifələrinə tez-tez daxil olmaları tövsiyyə edilir. Çünki 5 avqust tarixindən sonra vakansiya seçimi mərhələsinə start veriləcək. (Xəzər TV)



AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti