Sabiq neft naziri baş nazir seçildi

Sabiq neft naziri baş nazir seçildi
  01 Avqust 2017    Oxunub:1451
Pakistan İslam Respublikasının sabiq neft və təbii sərvətlər naziri Şahid Hakkan Abbasi ölkənin müvəqqəti baş naziri seçilib.
TASS-ın məlumatına görə, qərar Pakistanın Milli Assambleyası (parlamentin aşağı palatası) tərəfindən səs çoxluğu ilə qəbul olunub.

Şahid Hakkan Abbasi 45 gün ərzində nazirlər kabinetinin başçısı vəzifələrini icra edəcək. Bu müddət ərzində sabiq baş nazir Nəvaz Şərifin kiçik qardaşı və rəsmi varisi Şahbaz Şərif Pəncab vilayətinin əsas naziri vəzifəsindən və deputat mandatından imtina edərək Milli Assambleyaya əlavə seçkilərə qatılacaq. Bundan sonra isə onun baş nazir postuna namizədliyi səsverməyə çıxarılacaq.

Parlamentin aşağı palatasında Nəvaz Şərifin fraksiyası olan hakim “Pakistanın müsəlmanlar liqası” partiyasının mütləq üstünlüyü Şahbaz Şərifin səsvermədə qələbə qazanması ehtimalını xeyli artırır.

Xatırladaq ki, iyulun 28-də əvvəlki nazirlər kabineti “Panama işi” üzrə təhqiqat çərçivəsində korrupsiyada ittiham olunan baş nazir Nəvaz Şəriflə birgə istefaya gedib.

AzVision.az


Teqlər: Pakistan  





Xəbər lenti