Gülnarə Kərimovanın saxlanıldığı yer məlum olub

Gülnarə Kərimovanın saxlanıldığı yer məlum olub
  01 Avqust 2017    Oxunub:1321
Özbəkistanın sabiq prezidentinin böyük qızı Gülnarə Kərimova respublikanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ferghana.ru internet-nəşrinin baş redaktoru Daniil Kislov özünün “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Özbəkistan Baş Prokurorluğu ona qarşı 2015-ci ildə ittiham irəli sürüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsdədir. Prokurorluğun məlumatına əsasən, iki cinayət işi üzrə dövlətə vurulan zərərin ümumi miqdarı təxminən 2 milyard dollara yaxındır. Özbəkistan, həmçinin Gülnarənin daxil olduğu cinayətkar qrupun 12 ölkədəki 1,5 milyard dollarlıq aktivlərinə həbs qoyulması barədə müraciət edib.

AzVision.az




Teqlər: Özbəkistan  





Xəbər lenti