ABŞ Tbilisidən Rusiyaya meydan oxudu

ABŞ Tbilisidən Rusiyaya meydan oxudu
  01 Avqust 2017    Oxunub:4746
Donald Tramp administrasiyası Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəsd etmək istəyən ölkələrə hər zaman sərt cavab verəcək. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili birgə keçirdiyi mətbuat konfransında bildirib.
Pens Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu və 40 km aralıda Rusiya tanklarının durduğunu vurğulayıb: “Bir daha vurğulayıram ABŞ Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini sərt şəkildə pisləyir. Biz inanırıq ki, güclü və inkişaf etmiş Gürcüstan öz bütövlüyünü təmin edəcək. Mən əminəm ki, gün gələcək, ölkəniz öz ərazilərinin qaytarılmasını qeyd edəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Pens   Tbilisi  





Xəbər lenti