Tramp onu cəmi 10 gün işdə saxladı

Tramp onu cəmi 10 gün işdə saxladı
  01 Avqust 2017    Oxunub:1684
ABŞ prezidenti Donald Tramp maliyyəçi Entoni Skaramuççini təyin etdikdən 10 gün sonra Ağ evin kommunikasiyalar üzrə direktoru postundan kənarlaşdırıb.
RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə Amerika liderinin administrasiyasından bildiriblər.

Bundan əvvəl Skaramuççinin istefası barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin məlumatına görə, o, Ağ ev aparatının rəhbəri vəzifəsinə yeni təyin olunan Con Kellinin tələbi ilə istefaya göndərilib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti