İŞİD İraq səfirliyini partlatmaq istədi

İŞİD İraq səfirliyini partlatmaq istədi
  31 İyul 2017    Oxunub:1168
Əfqanıstanın paytaxtı Kabildə İraq səfirliyinin yaxınlığında iki partlayış baş verib.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, terrorçu-kamikadze özünü səfirliyin girişində partladıb. Bundan sonra daha iki silahlı şəxs səfirlik binasına daxil olmağa cəhd göstərib.

Hadisənin baş verdiyi rayonda hələ də atışma səsləri eşidilir, əhali təxliyə olunur. Atışma zamanı daha bir terrorçu-kamikadze özünü səfirliyinin girişində partladıb.

Səfirlik əməkdaşlarının binadan təxliyə edilərək təhlükəsiz yerə köçürüldüyü bildirilir. Həlak olanlar, yaxud xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.

İŞİD terror qruplaşması hücumlara görə məsuliyyəti üzərinə götürüb. "Press TV" telekanalının məlumatına görə, ilk partlayış nəticəsində bir jurnalist yaralanıb.

AzVision.az



Teqlər: İŞİD   İraq   Əfqanısatn  





Xəbər lenti