Emin Ağalarov Trampı Bakıya dəvət edir

Emin Ağalarov Trampı Bakıya dəvət edir
  31 İyul 2017    Oxunub:8372
Emin Ağalarov Bakıda keçirilən növbəti “Jara” festivalına ABŞ prezidenti Donald Trampı da dəvət etmək istəyir. AzVision.az xəbər verir ki, bunu Ağalarov “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
“Mən Donald Tramp, Robert de Niro, Cennifer Lopes də daxil olmaqla, bütün dostlarımı və yaxşı insanları dəvət etməyi planlaşdırıram və onları öz festivalımda gözləyirəm”, - deyə Ağalarov qeyd edib.

O qeyd edib ki, festival maliyyə baxımından gəlir gətirməsə də, o bura xərclənən pullara görə heyfsilənmir: “Sanki insanları öz evində Yeni İl şənliyinə dəvət edirsən. Festival mənə məxsus özəl ərazidə - mənim otel kompleksi tikmək istədiyim “Sea Breeze”-də keçirildiyindən festival, həmçinin dolayısı yolla mənim ərazi üçün reklam platformasıdır. Üstəgəl biz “Jara” telekanalının da yayımına başlamışıq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tramp   ABŞ   Emin-Ağalarov  





Xəbər lenti