Trampın müşavirləri Çinə qarşı sanksiyalar hazırlayır

Trampın müşavirləri Çinə qarşı sanksiyalar hazırlayır
  31 İyul 2017    Oxunub:1032
ABŞ prezidenti Donald Trampın yüksək vəzifəli müşavirləri Çinə qarşı bir sıra sanksiyalar tədbirləri hazırlayırlar.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşrinə adları açqılanmayan Amerika administrasiyasının iki məmuru deyib. Mənbə bildirir ki, hazırda sanksiyalar paketi Ağ evdə hazırlanır:

“Tramp administrasiyasının yüksək vəzifəli məmurları Çini cəzalandırmaq üçün ona qarşı bir sıra iqtisadi tədbirlər tətbiq etməyi planlaşdırırlar. Sanksiyalar paketinin daxilində ticari məhdudiyyətlər, habelə digər iqtisadi sanksiyalar ola bilər. Ancaq prezidentin onları təsdiqləyəcəyini söyləmək hələ tezdir”.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Tramp isə Twitter sosial şəbəkəsindən Çini tənqid edib: "Çin məni məyus etdi. Keçmişdəki axmaq prezidentlərimiz onlara hər il yüz milyard dollarlıq ticarət etmələrinə imkan verdilər, lakin onlar Şimali Koreya məsələsində bizim üçün heç nə etmədilər. Bu vəziyyətin belə davam etməsinə icazə verməyəcəyik. Çin bu problemi asanlıqla həll edərdi",- deyə Tramp bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ABŞ   Çin  





Xəbər lenti