Biləsuvarda ev, Hacıqabulda maşın yanıb

Biləsuvarda ev, Hacıqabulda maşın yanıb
  31 İyul 2017    Oxunub:1232
Biləsuvar rayonu, Aşağı Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hacıqabul şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti