755 amerikalı diplomat Rusiyanı tərk edəcək - Putin
“ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, - deyə Putin bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.
AzVision.az
Teqlər: Rusiya Putin Amerika Diplomat