Şəhid zabitimiz Cəlilabadda dəfn olunacaq

17:32   30 İyul 2017    Oxunub: 16329

Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılacaq.

Bu gün 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin cənazəsi bu gün doğulduğu Cəlilabad rayonuna gətiriləcək.

Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü, leytenant Hüseyn Zakir oğlu Əkbərli şəhid olub. (Report.az)

Allah rəhmət eləsin!

AzVision.az

Teqlər: Şəhid   Zabit   Cəlilabad    




Rubrikanın digər yazıları