Zukerberq amerikalı milyarderə qarşı çıxdı

Zukerberq amerikalı milyarderə qarşı çıxdı
  29 İyul 2017    Oxunub:1821
Amerikalı milyarder və “SpaceX” şirkətinin banisi İlon Mask əmindir ki, süni intellekt texnologiyalarının çox sürətli inkişafı gec-tez bəşəriyyətin iflasına gətirib çıxaracaq.
“Facebook”un yaradıcısı Mark Zukerberq isə onunla razı deyil və bu kimi çıxışları məsuliyyətsizlik hesab edir.

İ.Maskın dünyanın sonu ilə bağlı bəyanatlarına Zukerberq münasibət bildirib. “Facebook”un banisi süni intellektin inkişafı ilə bağlı nikbin proqnozlar verib. O hesab edir ki, “silisium beyin” bəşəriyyətə yalnız xeyir gətirəcək. Lakin İ.Mask bu kimi bəyanatlar edərək cəmiyyətdə cahilliyi artırır.

Qeyd etmək lazımdır ki, mətbuatda ənənəvi olaraq “süni intellekt” adlandırılan alqoritmlər neyron şəbəkələri əsasında ixtisaslaşdırılmış həllərdir. İnsan beyninin prinsiplərinin köçürülməsini nəzərdə tutan alqoritmlər xəyalpərəstlərin təsvir etdiyi “süni intellekt” anlayışından hələ çox uzaqdır. (AzərTAc)

AzVision.az


Teqlər: Facebook   Zukerberq  





Xəbər lenti