8 yaşlı qızın güllələnməsi ilə bağlı rəsmi məlumat

8 yaşlı qızın güllələnməsi ilə bağlı rəsmi məlumat
  29 İyul 2017    Oxunub:1411
Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı, 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti