Neftimiz 53 dollardan baha satılır

Neftimiz 53 dollardan baha satılır
  29 İyul 2017    Oxunub:1060
Dünya birjalarında neft bahalaşıb.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar və ya 1,37% artaraq 49,71 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,14 dollar və ya 2,21% artaraq 52,63 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar artıb. Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 53,67 dollar/barelə bərabərdir.

AzVision.az


Teqlər: neft  





Xəbər lenti