Şamaxı və Göygöldə maşın yanıb

Şamaxı və Göygöldə maşın yanıb
  29 İyul 2017    Oxunub:1521
Şamaxı və Göygöldə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Sabir qəsəbəsində vətəndaşa məxsus evin həyətyanı sahəsində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Göygöl şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Maşın   Yanğın  





Xəbər lenti