Azərbaycanda 30 əcnəbiyə yaşamaq üçün icazə verilməyib

Azərbaycanda 30 əcnəbiyə yaşamaq üçün icazə verilməyib
  29 İyul 2017    Oxunub:1261
Bu ay ərzində Azərbaycanda müvəqqəti və daimi yaşamaq istəyi ilə müraciət edən 30 əcnəbinin müraciətindən imtina olunub.
Dövlət Miqrasiya Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 16-sı Rusiya Federasiyasının vətəndaşı olub.

Müraciətinə rədd cavabı verilənlər arasında Hindistan, Pakistan, Gürcüstan, Türkiyə, İran, İraq və Yunanıstan vətəndaşları da qeydə alınıb.

AzVision.az


Teqlər: Miqrasiya-Xidməti  





Xəbər lenti