Kürün səviyyəsi artıb

Kürün səviyyəsi artıb
  28 İyul 2017    Oxunub:930
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyulun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 26 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 117 m3/s təşkil edərək ongünlük normanın 133 faizinə bərabər olub.

İyulun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmayıb. Kür çayının Surra məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 6, Salyanda 8 sm artım, Bankədə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il iyulun 28-də 363 sm), Şirvanda 203 sm, Salyanda 120 sm (2016-cı il iyulun 28-də 143 sm), Bankədə 183 sm (2016-cı il iyulun 28-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 sm (2016-cı il iyulun 28-də 70 sm) təşkil edir.

AzVision.az


Teqlər: çay  





Xəbər lenti