Meşədə çətənə kolları aşkarlandı

Meşədə çətənə kolları aşkarlandı
  28 İyul 2017    Oxunub:4168
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.

Qeyd olunub ki, ETSN-in tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.

AzVision.az


Teqlər: meşə   narkotik  





Xəbər lenti