Qarabağda erməni hərbçilər minaya düşdü: 3 yaralı

Qarabağda erməni hərbçilər minaya düşdü: 3 yaralı
  28 İyul 2017    Oxunub:2517
Dağlıq Qarabağda iyulun 27-də saat 11:36 radələrində Xocavənd rayonu (Ağdam rayonu) Novruzlu kəndi ərazisində “ZİL-130” markalı yük avtomobili tank əleyhinə minaya düşüb.
AzVision.az xəbər verir ki, bu haqda məlumatı qondarma rejimin "Fövqəladə hallar xidməti" yayıb.

Partlayış nəticəsində itki olmadığı bildirisə də, hadisədən sonra əraziyə gələn avtomobilin sürücü və iki sərnişini Xocavənd şəhərindəki xəstəxanaya apardığı deyilir.

Cəbhə xəttinə yaxın ərazidə “ZİL-130” markalı yük avtomobilin hansı təxribatı icra etdiyi məlum olmasa da, sürücü və sərnişinlərinin hərbçi olması istisna edilmir.

Şahin Qocayev
AzVision.az


Teqlər: cəbhə   erməni-təxribatı  





Xəbər lenti