ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir
  28 İyul 2017    Oxunub:1369
ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənədin lehinə senatorların böyük əksəriyyəti səs verib
Qeyd edək ki, həftənin əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinin lehinə səs verib. 419 konqresmen qanun layihəsinin lehinə, üç nəfər əleyhinə səs verib. On iki konqresmen isə bitərəf qalıb.

Qanun layihəsi imzalanmaq üçün ABŞ prezidenti Donald Trampa göndərilib. Tramp qanun layihəsinə veto qoya bilər. Lakin vetonun nəzərə alınmaması üçün Konqresin hər iki palatasında rəQəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.

Xatırladaq ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.smilərin 3də ikisinin layihəyə səs verməsi lazımdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti